!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bayraktar”ların Rusiyaya satışı: “Bu barədə söhbət belə gedə bilməz” – Haluk Bayraktar

!Reklam – Yazi

“Pul və maddi ehtiyatlar bizim biznesdə heç vaxt əsas məqsəd rolu oynamayıb”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri “Bayraktar” PUA-larının istehsalçısı olan “Baykar Makina” şirkətinin Baş direktoru Haluk Bayraktar BBC-yə müsahibəsində deyib.

Bayraktar istehsal etdikləri məşhur PUA-ların Rusiyaya mümkün satışı haqda suala qəti və birmənalı cavab verib:

“Pul bizim üçün prioritet deyil. Pul və maddi ehtiyatlar bizim biznesdə heç vaxt əsas məqsəd rolu oynamayıb. Şirkətimizin Ukrayna ilə dostluğu və əməkdaşlığı uzun illərdir ki, davam edir.

O baxımdan, nə qədər pul təklif etsələr də, indiki situasiyada haqsız təcavüzə məruz qalan Ukraynaya qarşı istifadə edilməsi üçün “Bayraktar” PUA-larının Rusiyaya satışından söhbət belə gedə bilməz”.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv