Bayramda rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil olunacaq

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

media-banner_tuq

Bu barədə Yenicag.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Sərnişinlər biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05