Bazarda xoruz döyüşdürən şəxs cərimələndi

media-hightechnic-468x90

Göygöldə xoruz döyüşdürən şəxs cərimələnib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə rayonun mal bazarında polis əməkdaşları bir qrup şəxsin toplaşdığını və orada xoruz döyüşdürdüklərini müşahidə edib. Onlara yaxınlaşaraq xoruzların kimə məxsus olduğunu soruşublar. Məlum olub ki, xoruzların sahibi 41 yaşlı Nurlan Yusifovdur (şərti).

Polis əməkdaşları ona irad tutaraq ərazidə xoruz döyüşdürülməməsini tapşırıblar. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq intizamsızlıq göstərib. Daha sonra Nurlan Yusifov barəsində inzibati xəta protokolu tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilib. N.Yusifov izahatında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə protokola əsasən, N.Yusifovun 200 manat məbləğində cərimə olunmasına dair qərar çıxarıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600