BDU-da Startup Azərbaycan toplantısı keçirilib

media-hightechnic-468x90

11062992_729790790472131_1815372209_nBugün Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarları İttifaqı Komitəsinin(THİK) və universitetin İKT klubunun rəhbəri Emil Vəliyevin təşkilatçılığı ilə Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin, proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin və startupçıların toplantısı keçirilib.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi haqqında və Startup Azərbaycan layihəsi haqqında geniş məlumat verib. O, Startup Azərbaycan layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında,  Startup Azərbaycan çərçivəsində həyata keçiriləcək tədbirlər, startupçılar üçün keçiriləcək təlimlərlə bağlı məlumatlar verib.
Osman Gündüz İT-in İnkişafı Dövlət Fondunun müşahidə Şurasının üzvü olaraq Fond tərəfindən bu istiqamətdə verilən dəstək və atılan addımlar haqqında da məlumat verib.  O, Startup Azərbaycan  yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin may ayının sonlarında keçiriləcəyini diqqətə çatdırıb.
Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib.
Görüşdə Elektron Hökumət Portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı portal haqqında, həmçinin Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlər haqqında məlumat verib. O, bu məqsədlə Startup Azərbaycan çərçivəsində keçirilən müsabiqənin də davam etdiyini diqqətə çatdırıb
Startapçı Namət Məmmədzadə tələbələr qarşısında çıxış edərək startapa  başlamaq və onu inkişaf etdirmək üçün ilkin atılacaq  addımlar, startap komandasının fromalaşdırılması yolları haqqında məlumat verib.
Toplantı diskussiya və tələbləlrin sual-cavabları ilə davam etdirilib.
Startup Azərbaycan TK bildirir ki,  yaxın  müddətdə Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetlərində və digər təhsil müəssisələrində, Yüksək Texnologiyalar Parkında  belə görüşlırin keçirilməsi nəzərdə tutulur.

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılmasına və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri  Startup Azərbaycan-a dəstək verirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600