Rahidə KİMƏ ƏSƏBİLƏŞDİ: "Bunu sənə halal etmirəm"
“İllərlə oxuduğum mahnını götürüb oxuyursan, bir dəfə də olsun zəng edib məndən icazə almırsan. Bunu sənə halal etmirəm!”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “Günə bax” verilişində deyib.
Sənətçi “Sən öyrətdin” mahnısını ondan xəbərsiz oxuyan həmkarına əsəbiləşib:
“Heç xəbərim də yox idi, mənə dostlarım, yaxınlarım göndərdilər ki, bax, sənin mahnını oxuyublar. Çox pis oldum, bir neçə həftə özümə gələ bilmədim. Bu, saymamazlıqdır axı.
Mahnı var ki, tanınmayıb, onu götürüb oxuya bilərsən. Amma elə mahnı da var ki, kiminsə ifasında məşhurlaşıb. Onu oxuyanda zəng edib icazə alsan ki, bunu oxumaq istəyirəm, xoş olar. Deyərsən, sayıb, hörmət bəsləyib, diqqət edib. Mən nə mahnının bəstəkarıyam, nə də söz yazarı, amma mahnını tanıdan ilk ifaçısıyam. Məndən halallıq almadan, icazəsiz oxuyan adama bunu halal etmirəm!”
Nehru












