RUSİYANIN STRATEJİ İFLİCİ: "Hərbi dayanma sülh işarəsi yox, ƏRAZİ ŞANTAJIDIR"
“Əgər Rusiya dayanarsa, bu, onların dirəndiyini, irəliləyə bilmədiyini göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərdə ordusunu dayandırıb sülhə razı olacağı ilə bağlı yayılan iddiaları şərh edib.
Politoloq qeyd edib ki, Rusiyanın ABŞ ilə razılaşdığına dair məlumatlar yayılıb.
“Lakin Rusiyanın məqsədi öz ərazilərini genişləndirməkdir. O, müharibə zonasını genişləndirərək daha çox ərazi işğal etmək istəyir. Beləliklə, qarşı tərəf üzərində daha böyük üstünlük qazanmağı hədəfləyir.
Rusiyanın müəyyən strateji hədəfləri var. Həmin strateji məntəqələri əlində saxlamaqla Ukrayna üzərində üstünlüyünü qorumaq istəyir. Əgər Rusiya dayanarsa, bu, onların dirəndiyini, irəliləyə bilmədiyini göstərir. Əks halda, Rusiyanın dayanıb humanistlik göstərəcəyini təsəvvür belə etmək mümkün deyil”, – deyə o, fikrini tamamlayıb.
Nəsimi Ələsgərli












