TikTok rəqəmsal rifah məkanını istifadəyə verir

media-hightechnic-468x90

 

Videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok istifadəçilərinin rəqəmsal rifahına diqqət yetirməyə davam edir və tətbiqdə “Vaxt və rifah” adlı yeni bölməni istifadəyə verir. Bu bölmə istirahət, həmçinin TikTok-un şüurlu, rahat istifadəsi üçün yeni və mövcud funksiyaları birləşdirir.

Bu gün təqdim olunan yeniliklər platformanın bütün icma, xüsusilə də yeniyetmələr üçün təhlükəsiz və dəstək verən mühit yaratmağa yönəlmiş uzunmüddətli fəaliyyətinin bir hissəsidir.

Hazırda TikTok yeniyetmələrin hesabları üçün 50-dən çox funksiya və tənzimləmə imkanı təqdim edir ki, bunlar gənc istifadəçilərin platforma ilə təhlükəsiz və rahat qarşılıqlı əlaqəsini təmin etməyə kömək edir. Bununla belə, hər bir ailənin və hər bir yeniyetmənin ehtiyacları fərqlidir və TikTok valideynlərə övladlarının hesabını daha çevik şəkildə idarə etməsinə imkan verən “Ailə Parametrləri” alətini təkmilləşdirməyə davam edir.

Bu ilin yenilikləri arasında valideynlərə övladlarının tətbiqdəki aktivliyini idarə etməyə imkan verən “Qeyri-aktiv vaxt” funksiyası da yer alır. Məsələn, yeniyetmənin fasilə verməsinin vacib olduğu hallarda valideynlər onun TikTok-a girişini müvəqqəti məhdudlaşdıra bilirlər. Bundan əlavə, TikTok yeniyetmələr üçün saat 22:00-da avtomatik aktivləşən meditasiya funksiyasını təqdim edib — bu funksiya gənclərin günü sakit şəkildə yekunlaşdırmasına kömək edir. Daha sonra bu funksiya bütün istifadəçilər üçün əlçatan olub və artıq milyonlarla insan platformada meditasiya seçimindən dincəlmək və yenilənmək üsulu kimi istifadə edir.

Rəqəmsal rifahın yaradılmasında növbəti addım TikTok-un ekspertlər və Gənclər Şurası ilə birlikdə hazırladığı  “Rəqəmsal rifah missiyaları” təşəbbüsü olub. Bu, istifadəçilərin sağlam və şüurlu rəqəmsal vərdişlər formalaşdırmasına kömək edən qısa, cəlbedici tapşırıqlar seriyasıdır. İlk seriyadakı missiyalar TikTok-un mövcud alətləri ilə tanışlıqdan ibarətdir: “Yuxu vaxtı” və “Ekran vaxtı” funksiyaları, “Ailə parametrləri”, “Təhlükəsizlik alətləri” və “Rəqəmsal rifah” bölmələri. Hər bir belə tapşırıq üçün istifadəçilər xüsusi nişanlar qazana bilirlər ki, bu nişanlar platformadan şüurlu istifadə üzrə irəliləyişlərini izləməyə imkan verir.

TikTok-dan şüurlu və rahat istifadə üçün vahid məkan

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa