Bu sahibkarlara vergilərdən 50% güzəşt edilməsi təklif olunur

media-hightechnic-468x90

“Hesab edirəm ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır. Mən təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan, və yaxud, əmək haqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

“İstəyərdim ki, Azərbaycanda universiteti bitirib ilk dəfə əmək bazarına daxil olan insanlara vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”, – deyə deputat bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa