Birləşmiş Ərəb Əmirliyinin “Emirates” Hava Yolları oktyabrın 23-ə kimi Tehran və Bağdada olan bütün uçuşları ləğv edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Emirates”ın saytında məlumat verilib.
Bildirilib ki, uçuşların dayandırılması bölgədə olan gərginlik və qeyri-sabitliyə görədir.