Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bəkir Bozdağ: "Bu od Bərzanini də, sonra başqalarını da yandırar" - VİDEO

Reklam: High Technic

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən “II Mədəniyyət, Turizm və Demokratiya Qurultayı”nda çıxış edib.

Yenicag.az xəbər verir ki, Bozdağ 25 sentyabrda Şimali İraqda keçiriləcək referendum barəsində bunları deyib:

“Türkiyənin İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də “müstəqillik”lə bağlı referendum keçirməsi məsələsində mövqeyi qətidir və bu qərarın ləğv olunmasını gözləyir”.

Həmçinin baş nazirin müavini bölgədə başqa xalqların da yaşadığına diqqət çəkərək referendumun İraqda sabitliyi pozacağını bildirib:

“İraqda təkcə kürdlər yaşamır, burada türkmənlər və digər etnik qruplar da var. Bu halda İraqda yaşayan hər kəsin həyatı təhlükə altındadır. Bu qərar Məsud Bərzaninin də xeyrinə olmayacaq. Türkiyə bu məsələdə ilk gündən öz mövqeyini ortaya qoyub. Sadəcə Türkiyə deyil, İran, Avropa ölkələri, BMT-də belə bir referendumun keçirilməsinə qarşıdır. Ümumiyyətlə, İraqda cərəyan edən bütün hadisələr Türkiyənin beynəlxaq təhlükəsizliyini təhlükə altına qoyur. Ona görə də referendum məsələsinə çox həssas yanaşırıq”.

Bozdağ Məsud Bərzanini referendum qərarından daşınmağa çağırıb:

“Bu od hər kəsi yandıracaq. Təbii ki, İraqın şımalında yaşayan kürdlərə daha çox ziyan vuracaq. Ona görə də referendum keçirmək israrlarından əl çəkməyə çağırırıq”.

Sonda isə o, 22 sentyabrda müzakirəyə çıxarılacaq qanun layihəsi barədə məlumat verərək, Şimali İraqa qarşı sanksiyaların tətbiq ediləcəyini söyləyib.

www.yenicag.az

922
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100