Belarus hərbi tibb mütəxəssisləri Azərbaycana gəldilər - FOTO

media-hightechnic-468x90

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.

Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.

Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600