Belarus parlamentinin sədri Sahibə Qafarovaya başsağlığı verdi

media-hightechnic-468x90

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, parlament sədri “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

O, Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Spiker göstərilən diqqətə və başsağlığına görə həmkarına minnətdarlığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600