!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belarusla ABŞ arasında SƏFİR QALMAQALI: Lukaşenko razılıq məktubundan imtina etdi

!Reklam – Yazi

Rəsmi Minsk ABŞ-ın Belarusa göndərəcəyi yeni səfir Culi Fişerin təyinatına verilmiş razılığı geri çəkib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Bildirilir ki, Belarus xarici siyasət idarəsi həmçinin sentyabrın 1-nə qədər ABŞ səfirliyində çalışan personal sayının 5-ə qədər azaldılmasını təklif edib.

Açıqlamada Fiçerin təyinatına razılıqdan imtina olunması ABŞ-ın Belarusa münasibətdə “pozuculuq fəaliyyəti”ni genişləndirməsi göstərilib.

Qeyd olunur ki, 2008-ci ildən bu yana Belarusda ABŞ səfiri fəaliyyət göstərmir.

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv