Belçika İrəvanda konsulluq AÇIR

media-hightechnic-468x90

Belçika tezliklə İrəvanda konsulluq xidməti açacaq.

media-banner_tkm

Yenicag.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu addım, Belçika Federal Parlamentinin Ermənistandakı iştirakın gücləndirilməsini tələb edən qətnaməsindən sonra atılır.

Nümayəndələr Palatasının üzvü Mişel De Maegd konsulluğun açılışını “gözəl xəbər” adlandırıb və bunun həm yerli ermənilər, həm də Belçikada yaşayan diaspor üçün vacib olduğunu vurğulayıb.

Ermənistanın Belçikadakı səfiri Tiqran Balayan bildirib ki, konsulluq şöbəsinin açılması siyasi dialoqu, iqtisadi və mədəni əməkdaşlığı gücləndirəcək. Bu addım həmçinin AB viza liberallaşdırılması prosesinə dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.

Belçika-Ermənistan münasibətlərinin dərinləşməsi baxımından vacib hesab edilən qərar, iki ölkə arasında xalqlararası, ailə və iqtisadi əlaqələrin möhkəmlənməsinə imkan yaradacaq. Konsulluğun fəaliyyəti vətəndaşlara daha effektiv dəstək göstərməyə xidmət edəcək.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05