!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO

!Reklam – Yazi

Azərbaycanda bələdiyyələri mövcud icra hakimiyyətlərinin beşinci təkəri funksiyasını oynadıqlarından cəmiyyətdə onlara diqqət də azdır. Seçkilər belə bələdiyyələri gündəmin baş mövzularından birinə çevirə bilmir. 

Bu səbəbdəndir ki, bələdiyyələr ictimai nəzarətdən də kənarda qalıb. Yenicag.az-ın araşdırmasına görə, dünya və onun bir parçası olan Azərbaycan informasiya texnologiyaları sahəsində inkişaf edərkən, onlayn bələdiyyəçilik anlayışı yox səviyyəsdindədir. Məsələn, Səbael Bələdiyyəsinin internet saytına (belediyye.com) müraciət etdikdə, saytın ən son 2008-ci ildə, yəni 11 il öncə yenilənib. Bələdiyyə sədri hazırda Səmədağa Aslanov olduğu halda sayta görə, Əhməd Hüseynov rəhbərdir. 

 

Ancaq Yasamal Bələdiyyəsi İT yenilikləri ilə bağlı digərlərinə nisbətdə  daha inkişaf edib. Hətta internet reklamçılıq sahəsinə də addım atıb. Belə ki, Yasamal Bələdiyyəsinin rəsmi saytına (http://yasamalbelediyyesi.az) daxil olduqda, virtual mərc (qumar) saytına yönləndirilir. 

Yəni, bələdiyyənin fəaliyyəti ilə tanış olmaq üçün ən az 15 saniyə qumar saytının 15 saniyəlik videosunu izləməlisiniz. Bunun ardınca isə, manşetin altında rusların əyləncə, tanışlıq və babasil kimi xəstəliklərlə bağlı xəbər portallarına yönələn link qarşımıza çıxır. 

Yasamal Bələdiyyəsinin də fəaliyyəti geniş deyil. Ancaq saytda aktiv işləyən ödəmə yeridir. Bələdiyyə rəhbərliyi nəyi yarımçıq etsə də, həmin bölmənin üzərində yaxşı işlənilib. 

İnanmaq istəyirik ki, növbəti beş illikdə internet resursu olmayan bələdiyyələr də bu sahəyə diqqət ayıracaqlar. Eyni zamanda yenilənməsi unudulan bələdiyyə saytlarına da yeni sahibləri tərəfindən əl gəzdiriləcək. 

COP29

www.yenicag.az

3453
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv