“Ben Bu Cihana Sığmazam”dan ŞOK AYRILIQ: Yeni sezonda olmayacaq – FOTO

Türkiyənin ATV kanalında yayımlanan və baş rolunda Oqtay Qaynarcanın oynadığı “Ben Bu Cihana Sığmazam” serialı 35-ci bölümü ilə mövsüm finalı edəcək.

Yenicag.az xəbər verir ki, jurnalist Birsən Altuntaş mövsüm finalında yaşanacaqlarla bağlı maraq edilənlər haqqında yazıb.

Jurnalistin məlumatına görə, serialın 35-ci bölümündə şok ayrılıq yaşanacaq. Belə ki, Engin Bənlinin həyat verdiyi Tatavalı obrazı serialla vidalaşacaq.