ABŞ-da neft ehtiyatları 1,5 milyon barel azalıb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu göstərici Amerika Neft İnstitutunun (API) həftəlik hesabatında yer alıb. Hesabata əsasən, Kuşinq yatağındakı neft ehtiyatlarında 210 min, benzin ehtiyatlarında 3,15 milyon, distillat ehtiyatlarında isə 1,85 milyon barel azalma müşahidə olunub.
Qeyd edək ki, Amerika Neft institutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) proqnozlarından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.
Yenicag.az