ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,42% artaraq 1 barelə görə 63,99 dollar təşkil edib.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də 67,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.