!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Berlin formatının fərqli TƏRƏFİ: “Sülh prosesinə töhfə verə biləcək bütün təkliflərə...”

!Reklam – Yazi

“Müəyyən mübahisəli məsələlərin ortaq maraqlar çərçivəsində razılaşdırılmasına çalışırıq”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində dünən başlayan, bu gün isə davam etdrilən danışıqların mümkün nəticəsini şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqların yeni formatı sayılan Berlin görüşünün təşkili müsbət addımdır:

“Danışıqların bütün hallarda davam etdirilməsi Azərbaycanın maraqlarına uyğundur. Çünki nəticə etibarilə, məqsədimiz sülhdür. Bunu əsas götürərək müəyyən mübahisəli məsələlərin ortaq maraqlar çərçivəsində razılaşdırılmasına çalışırıq.

Prioritet məsələ olan Qarabağı işğaldan azad etmişik. Hazırda isə müharibə riskinin artmasına imkan verməyərək belə düşüncədə olmadığımızı daim göstərmişik. Bundan sonra isə münaqişənin daha 30 il uzanmasında maraqlı deyilik.

Məkandan və formatdan asılı olmayaraq, nəticəyə fokuslanmışıq. Yəni sülh prosesinə töhfə verə biləcək bütün təkliflərə açığıq. Bu kontekstdə Berlin görüşü uğurla davam etdirilir. Yekun nəticə isə görüş bitdikdən sonra ictimaiyyətə açıqlanacaq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv