Berti Foqt Bakıya gəlir

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək.

media-banner_tuq

Yeniçağ.Az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.
Qeyd edək ki, Berti Foqts 1990 – 1998-ci illərdə Almaniya, 2008 – 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub.

 

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05