!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bərzanini təbliğ edən" azərbaycanlı məmur danışdı: "O qədər qudurmuşam ki..." - Eksklüziv

!Reklam – Yazi

İraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumuna Azərbaycandan fərdi şəkildə dəstək verənlər də var.

Yenicag.az xəbər verir ki, bu şəxslərdən biri də Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevdir.

Məsələ burasındadır ki, qurum rəsmisi İraq Kürdüstanında keçirilən müstəqillik referendumu keçirilən ərəfədə sözügedən prosesi dəstəkləyən statuslar paylaşıb, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlayıb.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən sözügedən şəxs fikrini belə əsaslandırıb:

“Xəbərim yoxdur, qardaş… Mən nə bilim ki, kim nə yazıb, nə paylaşıb? Sizə bir söz deyim, üzr istəyirəm, məndə bir az problem var – şəkər, təzyiq, damarlarda tromblaşma… Ona görə fikrim qarışır… Bilirsiz necədir, rəsmi açıqlama…Uşaqlar mənə deyir… Amma onlar hamısı boş-boş şeylərdir. Füzuli nə qədər qudurdu ki, durdu dövlətin əleyhinə, dövlətin maraqlarına uyğun olmayan hərəkətlər edə…

Sizə bir söz deyim…bir qardaş kimi… Sağ olun, zəng etmisiz, minnətdaram diqqətinizə görə… Açıqlama olsa, özüm yazaram, bir-bir zəng edərəm ki, hə, açıqlama lazımdır, verilməlidir, bu, belə tələb olunur, bunu belə edərəm.

Ancaq hal-hazırda elə bir şey yoxdur, açıqlama vermək məcburiyyətində olacaq bir məsələ yoxdur. Açıqlama məsələsi olsa, ilk zəng edəcəyim insanlardan biri siz olacaqsız. Çünki siz mənə zəng etmisiz”.

Tanrıverdiyev məlum paylaşımlarından sonra ona hər hansı rəsmi xəbərdarlıq edilib-edilməməsi haqda suala konkret cavab verməyib:

“Qardaş, dövlətin həll olunası dağ boyda problemləri var… Hamının dərdi Füzulidir? Füzuli kimə lazımdır? Sizə bir şey deyim, belə də yazın: bu, məqsədli şəkildə sifariş olunmuş, sifarişlə mənim haqqımda yazılan yazılardır. Oturub çox yox, iki saat mətbuatı araşdıraram, daha faciəli…

Erməni gülləsinə qurban gedənlərə can yazmışdım, onu niyə yazmırdılar? Siz hələ kürdləri deyirsiz… Erməni bizim düşmənimizdir, erməni ilə əlaqəsi olan insanlar var. Erməni ilə dayananlar, deyib-gülənlər var…

Bir şey deyim, məni Allah yaradıb, ərizə ilə, yaxud xahişlə dünyaya gəlməmişəm. Əstəğfürullah, mən Allah üsyan edəsi deyiləm ki, məni niyə kürd yaradıb… Bərzani kürd, Füzuli kürd…

Mən Azərbaycan vətəndaşı kürdəm və dövlətimi, xalqımı, millətimi sevən bir insanam, dövlətim üçün də əlimdən nə gəlirsə, onu edərəm. Həmçinin Azərbaycanın ehtiyatda olan zabitiyəm. Atəşkəs dövründə də döyüşlərdə iştirak etmək üçün dəfələrlə müraciət etmişəm. Onda harada idi bu mətbuat ki, belə bir oğlan var, özü də hüquq şöbəsinin müdiri işləyir, döyüşmək üçün özünü öldürür..? Ən azə patron daşıyaram, bir şeyə yarayaram”.

Tanrıverdiyev telefon danışığının davamında səsinin yazılmasına (özümü əvvəldən təqdim etməyimə baxmayaraq – m.) və söhbətin dərc olunmasına etirazını bildirdi. O, bu açıqlamanın dərc olunacağı təqdirdə, məhkəməyə müraciət edəcəyini söylədi.

Araz Zeynalov

COP29

www.yenicag.az

8416
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv