Tramp İran limanlarının blokadasının bərpa olunduğunu açıqlayıb
ABŞ İran limanlarının blokadasını bərpa edir. Limanlardan istifadəyə qoyulan qadağa İran gəmilərinə və bu ölkənin ticarət tərəfdaşlarının gəmilərinə şamil olunacaq”.
Yenicag.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“Bütün digər ölkələrə Hörmüz boğazından sərbəst istifadə hüququ veriləcək. Bu andan etibarən ABŞ “Hörmüz boğazının keşikçiləri” kimi tanınacaq”, – deyə paylaşımda bildirilir.
Donald Tramp əlavə edib ki, ABŞ Hörmüz boğazından keçən bütün yüklərin dəyərinin 20 faizi həcmində rüsum tətbiq edir. Onun sözlərinə görə, bu, dünyanın son dərəcə qeyri-sabit bu bölgəsində təhlükəsizliyin təmin olunması və qorunması üçün çəkilən bütün xərclərin kompensasiyasıdır”.
ABŞ və İran iyulun 8-də yenidən qarşılıqlı zərbələr endirməyə başlayıblar. Bundan sonra Donald Tramp atəşkəs rejiminin başa çatdığını bəyan edib. İran hökuməti Hörmüz boğazının bağlandığını elan edərək onun ABŞ-nin nəzarətinə keçməsinə imkan verməyəcəklərini bildirib.













