“Beşiktaş” Avstriyada bu komandanın qonağı OLACAQ

media-hightechnic-468x90

“Beşiktaş” mövsümün ilk yoldaşlıq matçında sabah Avstriya komandası ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, Avstriyanın Viner Noyştadt şəhərinin Bad Erlax qəsəbəsində yeni mövsüm hazırlıqlarının ikinci mərhələsini davam etdirən “ağ-qaralar” ilk yoldaşlıq matçını Avstriyanın İkinci Liqa təmsilçisi “Sankt Pölten” ilə keçirəcək.

Məlumata görə, baş məşqçi Ole Qunnar Sulşer təyinatı təsdiqləsə, yeni transferlər Temi Eybrihem və David Yuraşek ilk dəfə ağ-qara formanı geyinəcəklər.

Sankt Pöltendəki “NV Arenada” oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600