“Beşiktaş” – “Fənərbağça” matçı heç-heçə bitdi

media-hightechnic-468x90

Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda “Beşiktaş” və “Fənərbağça” komandaları arasında İstanbul derbisi keçirilib.

Yenicag.az xəbər verir ki, “Vodofon Park” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə ilk qolu 48-ci dəqiqədə meydan sahibləri vurublar. “Ağ-qaralar”ın xorvatiyalı müdafiəçisi Domaqoy Vida fərqlənib. Qonaqların bərabərlik qolunu isə 89-cu dəqiqədə Ozan Tufan vurub.

Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Beşiktaş” liderliyini qoruyub. 59-cu xalını qazanan “Fənərbağça” isə 3-cü sırada qalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600