“Beşiktaş” məğlub oldu

Türkiyə Superliqasında 9-cu turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, İstanbul nəhənglərindən “Beşiktaş” səfərdə “Göztəpə”nin qonağı olub.

İzmir təmsilçisinin ikinci hissədə vurduğu qollar “qara qartallar”ın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, bu nəticədən sonra “Beşiktaş” 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.