Tramp İstanbulda olmayacaq - Yerinə onu göndərir

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İstanbulda ba tutacaq Rusiya-Ukrayna görüşündə iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində mümkün sülh danışıqları üçün Dövlət katibi Marko Rubionun və digər yüksək səviyyəli nümayəndələrin İstanbulda keçiriləcək görüşlərə qatılacağını açıqlayıb.

“Bizim nümayəndələr orada olacaq. Marko da iştirak edəcək. Digər nümayəndələr də görüşlərə qatılacaq. Görək, razılığa gələ biləcəyikmi?”, – deyə o bildirib.

Trampın dediyinə görə, məqsəd ilkin mərhələdə atəşkəsə nail olmaq, daha sonra isə ərazi məsələlərinin müzakirəsinə keçməkdir.

Qeyd edək ki, İstanbul bu danışıqlar üçün neytral və strateji məkan kimi seçilib və bir neçə ölkənin nümayəndələrinin də prosesə cəlb olunacağı gözlənilir.

Danışıqların nəticələri Ukrayna müharibəsinin gələcək gedişatına ciddi təsir göstərə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600