Zəyəmdə qoyun-quzu sərnişin qatarının altında qaldı

media-hightechnic-468x90

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa