“Beşiktaş” Memfis Depayın transferi üçün HƏRƏKƏTƏ KEÇDİ

media-hightechnic-468x90

Yay transfer pəncərəsinin açılması ilə heyətini gücləndirməyə başlayan “Beşiktaş” hücum xəttini güclü bir futbolçu ilə möhkəmləndirmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, İstanbul klubu əsas hədəf olaraq hazırda Braziliyanın “Corinthians” klubunda çıxış edən niderlandlı ulduz Memfis Depayı seçib.

31 yaşlı futbolçunun “Corinthians” ilə 2026-cı ilə qədər müqaviləsi olsa da, Braziliya klubu onun maaş və bonus şərtlərini yerinə yetirməkdə çətinlik çəkir. Bu səbəbdən Depayı daha aşağı transfer məbləği qarşılığında göndərməyə hazır olduqları bildirilir.

“Ağ-qaralar” bu fürsəti dəyərləndirərək transfer danışıqlarını sürətləndirib. Klub rəhbərliyi Depayın maliyyə tələblərini daha münasib səviyyəyə endirmək üçün danışıqları davam etdirir və bu transferdə ehtiyatlı, lakin qətiyyətli addımlar atır.

Xatırladaq ki, Memfis Depay karyerası ərzində Avropanın tanınmış klubları olan “PSV”, “Manchester United”, “Olympique Lyonnais”, “Barcelona”“Atlético Madrid”in formasını geyinib. Təcrübəli hücumçu bu müddətdə ümumilikdə 502 oyunda meydana çıxaraq 185 qol və 109 məhsuldar ötürmə ilə seçilib. “Beşiktaş” rəhbərliyi yaxın günlərdə bu transferin reallaşması üçün bütün imkanlardan istifadə etməyi planlaşdırır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600