“Beşiktaş” Osayi Samuelə “elçi düşdü”
Transfer dönəminə sürətli başlayan “Beşiktaş” müdafiə xəttini gücləndirmək üçün keçmiş “Fenerbahçe”li Osayi Samuelin transferində maraqlıdır.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məluamta görə, “Qara qartallar” 4 mövsüm “Fenerbahçe”də uğurla çıxış edən nigeriyalı futbolçuya rəsmi təklif göndərib.
İstanbul təmsilçisinin təklifinə əsasən, Osayiyə illik 1.9 milyon avro maaş təklif olunub. Klub imza pulu ödəmək niyyətində deyil. Lakin azad agent statusunda olan Osayi Samuel 2 milyon avro maaş və 1 milyon avro imza pulu tələb edir. Bu isə transferin gerçəkləşməsinə əsas əngəl olaraq göstərilir.
Super Liqanı yaxşı tanıyan və təcrübəsi ilə seçilən futbolçunun “Beşiktaş” formasını geyinməyə müsbət yanaşdığı bildirilir. Osayinin digər klublardan təklif almaması halında “Beşiktaş”ın şərtlərini qəbul edəcəyi gözlənilir.