“Beşiktaş” Patrik Şiki İSTƏYİR

media-hightechnic-468x90

“Beşiktaş” klubu hücum xəttini gücləndirmək məqsədilə Almaniyanın “Bayer Leverkusen” klubunda çıxış edən Patrik Şikin transferi ilə maraqlanır.

Yenicag.az xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı çexiyalı forvardı yay transfer dönəmində heyətinə qatmaq istəyir. Türkiyə mətbuatının yaydığı məlumata görə, Patrik Şik “Beşiktaş”ın transfer siyahısında prioritet mövqe tutur.

Təcrübəli hücumçunun “Bayer Leverkusen” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Almaniya klubu futbolçunu satmaq niyyətində olsa da, ən azı 25 milyon avro dəyərində təklif gözləyir və bu məbləğdən aşağı razılaşma ehtimalı az görünür.

Karyerası ərzində “Sparta Praha”, “Bohemians 1905”, “Sampdoria”, “Roma”, “RB Leipzig” və hazırda çıxış etdiyi “Bayer Leverkusen” klublarında forma geyinən Patrik Şik indiyədək 329 rəsmi oyunda 122 qol və 25 assist ilə yadda qalıb.

Transferlə bağlı danışıqların yaxın günlərdə başlayacağı gözlənilir. “Beşiktaş” rəhbərliyi, hücum xəttinə keyfiyyətli oyunçu əlavə etməkdə israrlıdır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600