“Beşiktaş” Roberto Firminoya “elçi düşdü”

media-hightechnic-468x90

“Qara qartal” yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə ulduz hücumçu Roberto Firminonun transferi üçün fəal danışıqlara başlayıb.

Yenicag.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, 2023-cü ildə Səudiyyə Ərəbistanının “Al-Ahli” klubuna keçən braziliyalı futbolçu ilə 2026-cı ilə qədər müqavilə bağlansa da, “Beşiktaş” münasib qiymətə transferi reallaşdırmaq niyyətindədir.

Firminonun “Al-Ahli” ilə müqaviləsinin sona çatmasına bir il qalmış olması və azad agent statusuna yaxınlaşması İstanbul klubunun işini asanlaşdırır. Həmçinin, yüksək maaşı səbəbindən ərəb klubunun transfer qiymətində endirim etməyə hazır olduğu bildirilir.

2023-cü mövsümdə 31 oyunda 12 qol və 10 məhsuldar ötürmə ilə seçilən Firminonun yeni macəraya müsbət yanaşması transferin baş tutma ehtimalını artırır.

“Beşiktaş” rəhbərliyi və futbolçunun yaxın ətrafı arasında danışıqlar davam edir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600