!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Beşinci kolon”un ƏSAS HƏDƏFİ: “Azərbaycan təhsilinə xarici qüvvələrin təsiri var” – Şahlar Əsgərov

!Reklam – Yazi

“Onlar öz maraqlarını məhz yaratdıqları “beşinci kolon”lar vasitəsilə təmin etməyə çalışırlar”.

Bu fikirləri Azərbaycanın təhsil sahəsinə İranın mümkün təsir imkanları haqda danışan professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, təhsildə müxtəlif neqativ halların yayılmasında da “beçinci kolon”un özünəməxsus iştirakı var:

“Belə hallarla açıq şəkildə qarşılaşmadığım üçün bu barədə konkret fikir bildirməyə çətinlik çəkirəm. O baxımdan Rusiya, İran, Amerika və başqa ölkələrin bizim təhsil sferasına nə dərəcədə nüfuz etdiklərini dəqiq söyləyə bilmərəm. Amma bir məsələni bilmək lazımdır ki, əgər hansısa dövlətlərin bizim ölkənin sərvətlərində gözü varsa, onlar burada səslərinin ucadan çıxmasında maraqlı deyillər.

Onlar öz maraqlarını məhz yaratdıqları “beşinci kolon”lar vasitəsilə təmin etməyə çalışırlar. Burada diqqət yetirilən əsas fəaliyyətlərdən biri də təhsilin zəiflədilməsidir. Təhsildə müxtəlif neqativ halların yayılmasında da “beçinci kolon”un özünəməxsus iştirakı var. Yəni Azərbaycan təhsilinə xarici qüvvələrin təsiri var.

Xatırlayıram, mən Milli Məclisin deputatı olarkən ölkədə rus məktəblərinin sayının çoxalmasının əleyhinə çıxış edəndə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko buna açıq etirazını bildirmişdi. Bu da Rusiyanın Azərbaycanda rus dilində təhsil verən məktəblərin çoxalmasında nə qədər maraqlı olduğunu göstərirdi. Biz isə əksinə, ölkədə təhsilin məhz Azərbaycan dilində aparılmasını istəyirik.

Təbii, İranın Azərbaycanda təhsil sahəsində müəyyən təsirinin olması istisna deyil. Yadınızdadırsa, Azərbaycanda İranın “İmam Xomeyni adına İmdad” komitəsi fəaliyyət göstərirdi. O komitə Azərbaycandan İranın müxtəlif şəhərlərinə səfərlər təşkil edirdi və apardıqları kontingentdə ziyalılar da təmsil olunurdu. Ancaq o ziyalılar arasında kimin onların “qarmağına” keçdiyini söyləmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv