Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin səhhəti pisləşib. Əldə etdiyimiz məlumata görə, bir il əvvəl ağır beyin əməliyyatı keçirən bəstəkar qəfildən huşunu itirib.

Bəstəkarın həyat yoldaşı Aybəniz xanım Yeniçağ.az-ın məlumatını təsdiqləyib. Göz yaşlarına hakim ola bilməyən xanım Tahir Əkbərin hazırda ciddi həkim nəzarətində olduğunu deyib:

Tahir Əkbər ile ilgili görsel sonucu“Gördüm rəngi avazıdı, dili söz tutmadı. Qışqırdım ki, sənə nolub, danısa bilmədi, tez yatağa uzatdıq, təcili yardım çağırdıq.Tahir bir il öncə ağır əməliyyat keçirtmişdi. Həkimlər dəfələrlə ona tapşırmışdı ki, nəbadə gərgin işlə məşğul olasan. Ona qətiyyən stress keçirtmək, zehni fəaliyyətlə məşğul olmaq olmazdı. Amma o, sözə əməl etmədi, efirlərə çıxdı, mahnılar yazmaqda davam etdi, saatlarla müğənnilərlə məşq elədi. Bütün bunları qızıma görə etdi. Onun təhsil haqqını ödəməli idi. Fikir, sarsıntılar onu yıxdı. Beyin əməliyyatından sonra xəstənin səhhəti risq altında olur, özünü gözləməliydi. Həkimlər basının üstünü kəsdirdilər, indi evdə sistemlər qoşulub, özünə gələn kimi yenidən analizlər götürüləcək. Hələ ki, ona tam sakitlik lazımdır. Ümid Allahadır”.

 

Cəvahir Səlimqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."