"Estetik əməliyyatlar artıq parodiya yaradır" - Aktrisadan sərt qınaq

media-hightechnic-468x90

“Hazırda hər kəs bir-birinə bənzəyir. Bu isə estetika deyil, onun parodiyasıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Röya Rüstəmova dəb halını alan estetik əməliyyatlarla bağlı fikirlərini bölüşərkən deyib:

 “Bu gün yaşadığımız dövrdə mənə görə artıq “estetika” anlayışı yox olmaq üzrədir. Estetik prosedurlar insanların özünəməxsus gözəlliklərini tədricən silib aparır. Mən burada tibbi zərurətdən doğan müdaxilələri nəzərdə tutmuram. Söhbət sırf “gözəlləşmək” adı altında edilən və nəticədə hər kəsi bir-birinə bənzədən dəyişikliklərdən gedir. Bu cür eyniləşmə, əslində, daha eybəcər bir görüntü yaradır- həm vizual, həm də ruhi olaraq. Əlbəttə, bir qadın hər zaman baxımlı olmalıdır. Amma bu, kiminsə xoşuna gəlmək üçün deyil, ilk növbədə öz ruhunu bəsləmək üçündür. Problem ondadır ki, estetik müdaxilələr artıq təbii gözəlliyi arxa plana atıb. Gözəl olmayan bir insan prosedur keçirdikdən sonra “gözəl” adlandırılır, amma bu, əslində o insanın deyil, onu dəyişdirən həkimin əl işidir. Təbii gözəllik tamam başqa bir şeydir”.

Aktrisa estetik prosedurlara qarşı olmadığını, lakin bu müdaxilələrin ehtiyacdan yox, komplekslərdən və kütləvi təsirdən qaynaqlandığını qeyd edib

Mən estetik prosedurlara tamamilə qarşı deyiləm o halda ki, bu bir ehtiyacdan doğur. Amma bu gün bir çox insan ehtiyacdan deyil, kompleksdən və kütləvi təsirdən qaynaqlanan səbəblərlə özünü dəyişir. İnanıram ki, yaxın 5 il ərzində bu “süni gözəlləşmə dövrü” sona çatacaq. Hazırda hər kəs bir-birinə bənzəyir. Bu isə estetika deyil, onun parodiyasıdır. Gözəllik dediyin şey fərqli və özünəməxsus olmalıdır – insanda diqqət çəkən nə isə olmalıdır. Halbuki bu gün estetik prosedurlar insanları eyni “formata” salır. Daha da pisi, bu prosedurlardan həddindən artıq istifadə edən insanların psixologiyalarında da problem yaranır. Onlar dayana bilmirlər və hər dəfə daha da “gözəl” olmaq istəyirlər. Nəticə isə çox vaxt gözəllik deyil, ifrat və süni görüntüdür. Ən qəribəsi də odur ki, bu gün təbii bir insan gördükdə insanlar təəccüblənir çünki artıq bu nadir hal alıb…”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600