Beyləqanda ƏMƏLİYYAT - Narkotacirlər ələ keçdi / VDEO

media-hightechnic-468x90

Beyləqan RPŞ-nin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar.

Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600