Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Beynəlxalq Aşıqlar Festivalının finalı Bakıda baş tutdu – FOTO-VİDEO

Martın 5-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə Baş Nazirliyinin dəstəyi ilə Aşıq Zəki Erdalın rəhbərlik etdiyi Avrasiya Aşıqlar Dərnəyinin Ankara-Bayburt-Ərzurum-Aşqabat – Bakı marşurutu ilə həyata keçirdiyi Birinci Aşıqlar festivalının final konserti baş tutub.

FESTİVALIN VİDEOsuna BURADAN baxa bilərsiniz

Festivalda çıxış edən Aşıq Zəki Erdal türk dövlətlərinə səyahət edərək konsertlər verdikləri üçün festivalın “Dədə Qorquda gedirik” adlandırıldığını bildirib, “Biz səfərimizə başlayarkan öz əslimizə, nəslimizə, atamıza, türk xalqlarının yaşadığı yerlərə gedəcəyimiz üçün Dədə-Qorquda gedirik dedik”. Daha sonra çıxış üçün söz alan filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim, aşıqşünas Fəxrəddin Salim aşıq sənətinin islam təsəvvüfü ilə dərin bağlarından söhbət açaraq aşıqlığın türk xalqlarını birləşdirən ortaq sənət olduğunu deyib. O bildirib ki “Bu gün zaman-zaman bir-biri ilə çarpışan türk xanlarının övladları axır ki, bir aradadır. Zaman türkü bir araya gətirməyi bacardı, bütövləşdirdi”.

Daha sonra türk aşıqları Aşıq Zəki Ərdalın, Aşıq Şeyda Ərdalın və azərbaycan aşıqları Aşıq Gülarə Azaflının, Aşıq Roman Azaflının, Aşıq Xaliq Qaraqoyunlunun, Aşıq Elməddin İxtiyaroğlunun və s. aşıqların ifaları ilə konsert verildi.

Festivalın media dəstəkçisi Afro-Avrasiya Jurnalistlər Dərnəyi, Xeber365.com Xəbər Portalı və Yenicag.az Analitik İnternet Qəzetidir.


 
   
      DSC_3764


2

 

 

www.yenicag.az

320