!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Turan Oyunları Komitəsi yarandı

!Reklam – Yazi

Türk dünyasının keçmişdən bü günə qədər yaşayan idman mədəniyyətinin inkişafı və yaddan çıxmış türk idman oyunlarını yenidən bərpa və inkişaf etdirmək məqsədilə Beynəlxalq Turan Oyunları Komitəsi yaranıb.

Yenicag.az xəbər verir ki, təşkilat Beynəlxalq Turan Oyunları Komitəsi kimi rəsmi qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Komitənin Təsisçiləri Alpaqut Turan Döyüş Sənətinin qurucusu, türk savaş sənətləri üzrə araşdırmaçı Vasif Namazov, Dünya Alpaqut Federasiyasının idarə heyyətinin üzvü Fərid Əlizadə, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar İdman xadimi Azər Həsənsoydur.

Komitənin Fəxri prezidenti Azər Həsənsoy, Prezidenti Fərid Əlizadə, 1-ci vitse prezidenti Vasif Namazovdur.

Komitənin fəaliyyəti ilə bağlı www.turangames.org və @turangames ünvanlı sosial şəbəkələrdə veb və səhifələri fəaliyyət göstərir.

www.yenicag.az

6017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv