!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi deputatların Milli Məclisdəki kabinetlərinin qapısı aylarla açılmır” – İDDİA

!Reklam – Yazi

“Belə deputatlardan ölkə gündəminə uyğun çıxış etmələrini gözləmək də sadəlövhlük olardı”.

Bu fikirləri Milli Məclisin ötən gün başlayan yaz sessiyasında deputatların öz çıxışlarında ölkə gündəmini nə dərəcədə əhatə etmələrini dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, ölkə parlamentinin indiki tərkibi dövlət başçısının apardığı kadr islahatları ilə ayaqlaşmır:

“Milli Məclisin tətildən sonra baş tutan ilk iclasında ölkənin gündəmini geniş anlamda əhatə edildiyini söyləyə bilmərik. Çünki deputatların çoxu yenə də öz ənənəvi passivliklərini qorumağa davam etdilər. Bu isə o deməkdir ki, həmin deputatların təmsil etdiyi seçki dairələri üzrə əhalinin problemləri ötən dövrlərdə olduğu kimi, yenə də parlament tribunasından dilə gətirilmədi.

Eyni zamanda, ümumölkə əhəmiyyətli məsələlərlə bağlı da nəzərdə tutulan deputatların səsini eşitmədik. Əsasən, sosial mediadan izləyib-görürük ki, bəzi deputatlar parlamentdəki çıxışlarının mətnini, yaxud da videosunu yayırlar. Yəni onlar ən azı çıxış ediblər, hansısa məsələləri qaldırıblar. Əlbəttə, bir çıxışla bütün məsələləri əhatə etmək də mümkün deyil, heç bunu onlardan tələb etmirik. Bu onu göstərir ki, həmin deputatlar öz işlərinə məsuliyyətlə yanaşırlar.

Lakin deputatların çoxu yenə də susqunluğunu qoruyur. Bəlkə də iclasda çıxış ediblər, ancaq mediada da bu barədə məlumatla qarşılaşmırıq. Onu da bilirəm ki, parlamentdəki bir qrup deputat sadəcə, kürsünü zəbt etməkdən başqa heç nə ilə məşğul deyil. Hətta parlamentin içindən əldə etdiyim məlumata görə, elə deputatlar var ki, onların Milli Məclisdəki kabinetlərinin qapısı aylarla açılmır. Belə deputatlardan ölkə gündəminə uyğun çıxış etmələrini gözləmək də sadəlövhlük olardı.

O baxımdan, bir daha əvvəl səsləndirdiyim fikrə qayıdıram ki, ölkə parlamentinin indiki tərkibi dövlət başçısının apardığı kadr islahatları ilə ayaqlaşmır. Bildiyiniz kimi, parlamentə növbədənkənar seçkilər keçirildi ki, islahat aparılsın, yeniliklər olsun. Bəli, yeniliklərə uyğun şəxslər az da olsa parlamentə seçildi, amma geniş götürdükdə, Milli Məclis o gözləntini doğrultmadı. Buna görə də yeni sessiya başlayanda, qeyri-adi heç nə baş vermədi”.

A.Zeynalov

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv