Bəzi qanunlarda dəyişiklik edildi

media-hightechnic-468x90

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi məcəllələrində, eləcə də “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenicag.az xəbər verir ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İndiyə qədər nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və “Nəqliyyat haqqında” qanunla tənzimlənib. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa