Biləsuvarda 13 kq-a yaxın narkotik aşkar edildi

media-hightechnic-468x90

Biləsuvarda gizlədilən narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilən 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyyəti də müəyyən edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600