Astarada avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Astara rayonunda ağır yol qəzası baş verib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib.

Belə ki, rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində sürücü T. Eyvazov hadisə yerində keçinib.

Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05