Biləsuvarda QƏZA: Motosikletçini maşın vuraraq öldürdü

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 22-də saat 16 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində Səmədabad kənd sakini V.Həmzəlinin idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini Ramin Nəzərovun idarə etdiyi “İJ” markalı motosikleti vurub. R.Nəzərov hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

COP29