Bill Qeyts nəcis suyu içdi
Məşhur milyarder Bill Qeyts insan nəcisi olan tullantıdan hazırlanaraq filtrdən keçirilmiş suyu içib.
Yenicag aznews-a istinadən məluamt verir ki, B.Qeyts öz bloqunda yayımladığı videoda suyu hazırlayan aparatın iş prinsipini və etibarlı olduğunu göstərib.
Qurğu milyarderin təsisçi ortaqlarından biri olduğu “Janicki Bioenergy” şirkəti tərəfindən istehsal edilir. “OmniProcessor” adı verilən texnologiya sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.
B.Qeyts bununla dünyada su çatışmazlığı probleminə diqqət çəkmək istəyib.