Reklam: High Technic
hightechnic

Binəli Yıldırım Azərbaycan şəhidlərinə rəhmət dilədi

“Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib.

B. Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan şəhidlərinə rəhmət diləyib: “Azərbaycan xalqının acısını paylaşırıq. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”.

Yeniçağ.Az

www.yenicag.az

94