Binəqədidə polis xüsusi əməliyyat keçirdi

media-hightechnic-468x90

72720Bakı şəhər Baş Polis İdarəsi Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində əməliyyat keçirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, əməliyyat dünən günorta saatlarında baş tutub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış umumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ-2107” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, umumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı toplanmış matreallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600