!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

”Bir deputatınız Azərbaycanın Jirinovskisi ola bilmirsə, Hafiz Hacıyevi buraxın parlamentə…” - Anar Əsədli

!Reklam – Yazi

“Jirinovski yenə həmişəki kimi danışıb”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

A.Əsədli Jirinovski ilə eyni statusda olan azərbaycanlı deputatların cavab verməli olduğunu bildirib:

“Reaksiyalarla bir az öncə tanış oldum. Jirinovskinin illərdir etdiyi, ölkə siyasətçilərinin əksəriyyətinin diqqətə belə layiq görmədiyi bu çağırışlar Rusiyanın böyük siyasətinin tərkib hissəsidir.

Hər dəfə bu çağırışlara cavab verərək deyirdik ki, ayıq olmaq və bu ideyaya qulluq edənlərə zamanında cavab vermək lazımdır. Unutmayaq ki, bütün savaşlar elə sözdən başlayır!”

Anar Əsədli bildirib ki, Jirinovskinin verdiyi açıqlamalar, etdiyi çağırışlar onun şəxsi fikri deyil:

“Rusiyanın SSRİ çökəndən sonra ittifaqın tərkibində olmuş respublikalarda yaratdığı nifaqlar, müharibə ocaqları məhz bu məqsədə xidmət edirdi – onları “Böyük Rusiya”nın ayağına gətirmək. Bax, Jirinovskinin də fikirləri dırnaqarası baxılacaq sayıqlama deyil, ciddi siyası çağırışdır.

Bizim deputatların bəzilərinin bu çağırışlara cavabı isə yumşaq desək, adekvat deyil. Cavablardan çıxan nəticə odur ki, Jirinovski guya Rusiyanın dəyərlərini, şərəf və ləyaqətini təhqir edib, dostluğumuza mane olur. Bunlar da tökülüşüblər, Rusiyanın şərəf və ləyaqətini qorumağa.

Halbuki təhqir olunan Azərbaycan dövlətidir.
Bəs biz illərdir deyəndə ki, saxta seçkilər, millətin səsini oğurlamaq bir gün dövlətin sütunlarını laxladacaq bax bu mənzərələri nəzərdə tuturduq.

Bu boyda parlamentdə müstəqil fikir söyləyən bir deputatnız yoxdur ki, bu əclafa cavab versin.

Qorxa-qorxa, ehtiyat edə-edə dövlətə təhdidə cavab verilmir.

Biriniz də bu parlamentdə Azərbaycanın Jirinovskisi olun. Bacarmırsınız, bunu ölkə siyasətində edən Hafiz Hacıyevi buraxın parlamentə, bütün potensialını daxili siyasətə deyil, xarici siyasətə yönəltsin.

Bir neçə il öncə Jirinovskinin Bakı səfərinin “geosiyasi” uğurlarından danışanlar bu gün Jirinovskini söyürlər. Bu dəyişilməyən, hər şəraitə uyğunlaşan sifətlər öıkəni ciddi fəlakət astanasına gətirib.

Ölkənin siyasi mərkəzinin episentrində haqq etdiyimiz yerdə başqaları haram yolla oturub. Rusiyaya da biz cavab veririk, İrana da, Fransaya da.

Mənim şəxsən bircə təsəllim odur ki, mənim yerimdə oturan İmamverdi İsmayılov heç olmasa, danışmır və adam döymür. Yenə buna şükür…

Başa düşün cənablar, bu parlament buraxılmalıdır.

Və nəhayət bizim deputatlara Rusiya ilə bağlı danışarkən uşaq vaxtı oxuduğum “Kəlilə və Dimnə”dəki bu misraları xatırlatmaq istərdim:
Əqrəbə bal verib, yedirtsən şəkər,
Məhsulu yenə də olacaq zəhər”.

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv