Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bir qələbə ilə 2 rekord

Reklam: High Technic

Futbol üzrə Azərbaycan milli komandası tarixində 2 rekoda birdən imza atıb.

Yenicag.az xəbər verir ki, bu, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino yığmasıyla “Bakcell Arena”da baş tutan ev oyununda gerçəkləşib. Komandamız bu oyunda 5:1 hesablı möhtəşəm qələbəyə imza atıb.

Bu qələbə sayəsində millimiz 1999-cu ildən çıxış etdiyi seçmə mərhələlərdə ən çox – 10 xal toplayıb. Buna qədər rekord DÇ-2014-də qazanılan 9 xal idi.

San Marino üzərindəki 5:1 hesabı millimizin tarixində həm də ən böyük hesablı qələbə olub. Düzdür, 1999-cü ilin iyununda Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn yığması ilə oyunda da qələbə 4 top fərqiylə olmuşdu – 4:0. Ancaq bu dəfə millimiz rəqib qapısına daha çox qol vurdu – 5:1.

www.yenicag.az

847