!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir virus daha

!Reklam – Yazi

appAmerikanın kibertəhlükəsizliklə məşğul olan “Palo Alto Networks” şirkəti “Apple” korporasiyasının qurğularına “hücum edən” zərərli proqramların yeni nəslini aşkar edib.

“WireLurker” adlandırılmış yeni virus Çində yaradılıb. O, Mac OCиiOs əməliyyat sistemlərinə hücum edir. Bu virus Apple qurğusu üçün kənar əlavələr mağazası – Çinin “Maiyadi App Store” mağazası vasitəsilə “Mac” kompyuterlərinə daxil olur. “Palo Alto Networks” ekspertlərinin məlumatına görə, son altı ayda təqribən 400 viruslu əlavə 350000 dəfədən çox köçürülüb. Bu əlavələr yüz minlərlə istifadəçiyə ziyan vura bilərdi.

Yeni virus “Mac” kompyuterinə və ya noutbukuna qoşulmuş USB-kabel vasitəsilə avtomatik olaraq iPhone , yaxud iPad qurğularına daxil olur. O hətta iPhone və ya iPad “Jailbreak” prosedurundan keçmədikdə də bu qurğulara daxil ola bilir. “Jailbreak” rəsmən “Apple” tərəfindən dəstəklənməyən və bu korporasiyanın qurğularına başqa mağazalardan əlavələr köçürmək imkanı verən əməliyyatdır. “Palo Alto Networks” icmalında deyilir: “WireLurker” USB vasitəsilə viruslu OS X sisteminə qoşulmuş bütün iOS-qurğuları izləyir və “Jailbreak” prosedurunun olub-olmamasından asılı olmayaraq kənar əlavəni bu qurğuya avtomatik surətdə daxil edir.

Bu, “Palo Alto Networks” şirkətinin qarşılaşdığı belə tipli ilk və ən güclü virusdur. Bu virus qurğuya düşən kimi ünvan və məlumat bölmələrinə daxil olur. Lakin zərərverici proqramın son məqsədi hələ ki, aşkar edilməyib.

(topnews.az)

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv