“Birmingem”-də 1370 illik Quran tapıldı – FOTO
İngiltərənin Birmingem universitetində dünyanın ən qədim Qurani Kərimi hesab edilən kitabdan bəzi hissələr tapılıb.
Yenicag.az bbc.com-a istinadən xəbər verir ki, aparılan tədqiqatlarda müqəddəs kitabın 1370-dən çox yaşı olduğu müəyyən edilib.
“British Library”-nin eksperti Dr. Muhammed İsa Valey bildirib ki, bu tapıntı müsəlmanlar üçün olduqca böyük sevinc gətirəcək.
Sözügedən Quran kitabı 100 ildən çoxdur ki, universitetin kitabxanasında saxlanılmasına baxmayraq heç kimin diqqətini çəkməyib. Ekspertlərin qənaətini görə, kitabın səhifələri qoyun və keçi dərisindən hazırlanmış və kəlamlar da həmin bükülmüş səhifələrə yazılmışdır.
Tədqiqatın nəticələrinə görə kağızlar 568-645-ci illərə aiddir. Güman edilir ki, bu sözügedən Quran kitabını yazan şəxs Məhəmməd Peyğəmbər dönəmində yaşayıb və onu görüb. Digər tərəfdən, 1370 il keçməsinə baxmayaraq ərəb dilində yazılan Quranda ayələrin oxunaqlı durumda qalması heyrət doğurur.