“Bişkek Post” Quba Soyqırım Kompleksindən yazdı

media-hightechnic-468x90

9VqT26XZc2LOQırğızıstanın”Bişkek Post” xəbər agentliyində Quba Soyqırım Kompleksi ilə bağlı təhlil xarakterli yazı dərc olunub.

Qırğızıstanlı jurnalist Timur Saralayev Azərbaycana səfəri zamanı Quba Soyqırım Kompleksini ziyarət edib.

Ölkəsinə qayıtdıqdan sonra rəhbərlik etdiyi “Bişkek Post” agentliyində öz təəssüratlarını Qırğızıstan ictimaiyyəti ilə bölüşüb.

Yazının orijinal variantı ilə buradan tanış ola bilərsiniz: http://bpost.kg/photos/1918-god-tragedii

Qeyd edəki ki, fotolar “Bişkek Post”-un direktoru Timur Saralayevə məxsusdur.

Qubanın gözəlliyini, etnik rəngarəngliyini diqqətə çatdıran redaksiya MDB məkanında azərbaycanlıların ermənilərə münasibətdə aqressiv millət kimi qələmə verilməsinin həqiqətə uyğun olmadığını bildirib. Yazıda deyilir ki, tarixi faktlar bunun tam əksini sübut edir.

Müəllif diqqəti Qubadakı kütləvi məzarlığa yönəldərək qeyd edir ki, 1918-ci ildə Hamazaspın başçılıq etdiyi erməni birləşmələri burda dəhşətli soyqırımı törədiblər. 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığlı Azərbaycan Fövqəladə İstintaq komissiyası bu cinayətin üstünü açıb. Müasir dövrdə də həmin istintaq materialları, şahidlərin ifadələri əsas götürülərək ermənilərin azərbaycanlılara tətbiq etdiyi genosid siyasəti tam təsdiq edilib.

Kütləvi məzarlıqdakı 211 cəsəddən 24-nün uşaqlara 28-nin qadınlara məxsus olduğunu söyləyən müəllif məzarlıqdakı insanların işgəncə ilə öldürülməsinin elmi dəlillərlə sübuta yetirildiyini də vurğulayıb.

Müəllif bütün bunlara əsaslanaraq belə bir qənaətə gəlib ki, Qarabağ probleminin təşəbbüskarı azərbaycanlılar deyil və bu tarixi ədalətsizliyin ağrısı bütün türkdilli xalqların ağrısıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600